Bu ölkələr İsrailin FIFA-dan kənarlaşdırılmasını istəyir

 14:54 08.02.2024     242

Yaxın Şərqin bir sıra futbol federasiyaları İsrailin qurumdan kənarlaşdırılması üçün FIFA-ya müraciət edib.

Redaktor.az "Sky Sports"a istinadən xəbər verir ki, 12 ölkə Qəzza zolağındakı hərbi əməliyyatlara görə bu addımı atıb.

Həmin ölkələrin arasında İordaniya, Fələstin, Səudiyyə Ərəbistanı və Qətər də var.

Onlar 6 konfederasiyaya və FIFA-ya üzv olan 211 assosiasiyaya məktub göndəriblər.

İsrail Futbol Assosiasiyasının baş direktoru Niv Qoldşteyn məsələyə münasibət bildirib: "İnanırıq ki, FIFA futbolda siyasətə qarışmayacaq. Biz futbolun və ümumiyyətlə, idmanın siyasətə qarışmasının əleyhinəyik. Biz yalnız futbol məsələlərinə diqqət yetirmişik və AVRO-2024-ə vəsiqə qazanmaq arzusundayıq".