“Beşiktaş” adını 1/4 finala yazdırdı
Ötən gecə Türkiyə Kubokunda 1/8 final mərhələsinə yekun vurulub.
Redaktor.az xəbər verir ki, son oyun günündə iki qarşılaşma baş tutub.
"Beşiktaş" səfərdə "Antalyaspor"la qarşılaşıb. Görüş İstanbul nəhənginin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Hesabı 30-cu dəqiqədə meydan sahiblərinin heyətində Zymer Bytyqi açıb. Cekson Muleka 71-ci və 88-ci dəqiqələrdə fərqlənərək komandasını növbəti raunda çıxardıb.
Günün digər oyununda "Trabzonspor" səfərdə "Gənclərbirliyi"nə 2:1 hesabı ilə qalib gələrək adını növbəti tura yazdırıb.
Qeyd edək ki, daha əvvəl "Qalatasaray", "Fatih Karagümrük", "Ankaragücü", "Konyaspor", "İstanbul Başakşəhər" və "Fənərbağça" komandaları adlarını 1/4 finala yazdırıblar.