“Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarıldı

 11:54 09.02.2024     364

UEFA Avropa Liqasının pley-off mərhələsində keçiriləcək “Qarabağ” – “Braqa” matçının biletləri satışa çıxarılıb.

Redaktor.az xəbər verir ki, bu barədə Ağdam klubunun rəsmi səhifəsi məlumat yayıb.

Biletlər bu gün saat 12:00-dan etibarən iticket.az-da satışa çıxarılacaq.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək matçın biletlərinin qiyməti müvafiq olaraq 5, 20, 30, 75 və 100 manat təşkil edir.

VVIP C və VVIP D sektorlara bilet alaraq, VIP Lounge üstünlüklərindən yararlanmaq istəyən azarkeşlərimiz üçün biletlərin qiyməti isə 300 manatdır.

Satış məntəqələri:

Iticket.az-ın satış məntəqələri (iticket.az-da onlayn satış);

Park Bulvardakı “Qarabağ” FK-nın Fan-Şopu;

Tofiq Bəhramov adına Respublika stadionunun kassaları;

Heydər Əliyev sarayının kassaları;

”Changan Azerbaijan”da isə VVIP, VIP və CAT 1 biletlər satılacaq.

Qeyd edək ki, “Qarabağ” – “Braqa” oyunu fevralın 22-də saat 21:45-də Tofiq Bəhramov adına Respublika stadionunda start götürəcək.