“Neftçi” “Spartak”la yoldaşlıq görüşü keçirəcək

 19:00 10.02.2024     223

“Neftçi” və Rusiyanın “Spartak” (Moskva) klubları arasında yoldaşlıq görüşünün keçirilməsi planlaşdırılır.

Bu barədə Redaktor.az-a paytaxt təmsilçisinin mətbuat xidmətindən məlumat verilib.

Matçın martın 23-ü “Neftçi Arena”da oynanılması nəzərdə tutulub.