Ramil Şeydayevin komandasında yeni hücumçu

 20:18 10.02.2024     221

Ramil Şeydayevin formasını geyindiyi “Kocaelispor” hücum xəttini yeni oyunçu ilə gücləndirib.

Redaktor.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, Türkiyə I Liqa təmsilçisi Gürcüstanın “Dinamo” klubundan Davit Sxirtladzeni icarəyə götürüb.

30 yaşlı gürcü hücumçu mövsümün ikinci yarısını "Kocaelispor"da keçirəcək.