Daha bir badmintonçumuz mübarizəni dayandırdı
Azərbaycan badmintonçusu Keişa Fatimə Zəhra Bakıda keçirilən "Azerbaijan International 2024" turnirinin 1/4 finalında mübarizəni dayandırıb.
Redaktor.az xəbər verir ki, Keişa yarımfinala yüksəlmək uğrunda keçirilən oyunda hindistanlı Anupama Upadhyayaya 0:2 (7:21, 18:21) hesabı ilə uduzub.
Qeyd edək ki, daha əvvəl badmintonçumuz Edi Reski Dviçayo da "Azerbaijan International 2024" turnirinin 1/4 finalında mübarizəni dayandırıb.