"Barselona" üç aydır ondan cavab gözləyir

 14:56 11.02.2024     336

"Barselona" futbolçusu Franki de Yonqdan üç aydır cavab gözləyir.

Redaktor.az xəbər verir ki, bu barədə "Mundo Deportivo" nəşri məlumat yayıb. Bildirilib ki, payızda klub yarımmüdafiəçiyə maaş azaldılmadan mövcud müqaviləni 2029-cu ilin iyununa qədər uzatmaq təklifi ilə çıxış etmişdi. Lakin oyunçu hələ də cavab verməyib.

Qeyd edək ki, niderlandlı futbolçunun klubu ilə hazırkı müqaviləsi 2026-cı ilin iyununda başa çatır.