"Qarabağ"ın futbolçusu turnirin ən yaxşı oyunçusu seçildi
“Qarabağ”ın 15 yaşadək futbolçulardan ibarət komandası Belarusun paytaxtı Minskdə təşkil olunan “Bizim gələcəyimiz” turnirində iştirak edib.
Redaktor.az xəbər verir ki, komanda yarışı 5-ci sırada tamamlayıb.
"Qarabağ"ın futbolçusu Əli Bəşirov turnirin ən yaxşı yarımmüdafiəçisi seçilib.
Qeyd edək ki, Ə.Bəşirov turnirin ilk turunda Rusiya “Zvezda”sı ilə görüşdə gözəl qol vurub. Bu qol barədə matçın rusiyalı şərhçisi də müsbət sözlər deyib. O, bir neçə dəfə bunu “əla qol” adlandırıb.