"Real"ın futbolçusu 2-3 həftə oynamayacaq

 17:28 11.02.2024     294

"Real"ın futbolçusu Jud Bellinqem zədələnib.

Redaktor.az klubun saytına istinadən xəbər verir ki, o, La Liqanın 24-cü turunda "Jirona"ya qarşı matçda (4:0) sol topuğundan zədə alıb

Jurnalist Fabrizio Romano özünün  X sosial şəbəkəsində (keçmiş Tvitter) hücumameyilli yarımmüdafiəçinin 2-3 həftə yaşıl meydanlardan uzaq qalacağını yazıb.

20 yaşlı futbolçunun martın 6-da  keçiriləcək "Leyptsiq"lə Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab oyununa kimi sağalacağı gözlənilir.