Türkiyədə azərbaycanlı futbolçuların duelində heç-heçə
Türkiyə 1-ci liqasında 22-ci turun oyunları keçirilir.
Redaktor.az xəbər verir ki, bu gün azərbaycanlı futbolçular Ramil Şeydayev və Vüsal İsgəndərlinin çıxış etdiyi komandalar üz-üzə gəlib.
Vüsalın oynadığı "Boluspor" öz meydanında Ramilin komandası "Kocaelispor"la qarşılaşıb. Oyun 1:1 hesabı ilə başa çatıb.
Start heyətdə yer alan Vüsal İsgəndərli 62-ci dəqiqədə əvəzlənib. Şeydayev isə 80 dəqiqə meydanda olub.
"Boluspor" - "Kocaelispor" - 1:1
Qollar: Beridze, 4 (0:1), Posmaç, 32 (1:1)
Bu nəticədən sonra "Kocaelispor" 43 xalla 3-cü, "Boluspor" isə 33 xalla 8-ci pillədə qərarlaşıb.