“Liverpul” Alonso ilə ilkin təmas qurub

 19:56 11.02.2024     294

İngiltərənin “Liverpul” klubu Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso ilə ilkin təmas qurub.

Redaktor.az xəbər verir ki, bu barədə jurnalist Santi Auna sosial şəbəkədə yazıb.

Məlumata görə, mersisaydlılar ispaniyalı mütəxəssisin növbəti mövsüm “Liverpul”a başçılıq etməsini müzakirə edib. Alonso danışıqlara qarşı olmasa da, mövsüm sonunadək qərar verməyəcəyini vurğulayıb.

Xatırladaq ki, yanvarın 26-da “Liverpul”un baş məşqçisi Yürgen Klopp cari mövsümün sonunda komandanı tərk edəcəyini açıqlayıb. Almaniyalı mütəxəssis bəyanatında mənən tükəndiyini bildirərək dincəlmək istədiyini vurğulayıb. O, gələcəkdə İngiltərədə “Liverpul”dan başqa heç bir klubu çalışdırmayacağını söz verib.