Azərbaycanın yunan-Roma güləşçilərinin Avropa çempionatında rəqibləri müəyyənləşdi

 21:34 11.02.2024     146

Rumıniyanın paytaxtı Buxarestdə keçiriləcək Avropa çempionatında Azərbaycanın yunan-Roma güləşçilərinin rəqibləri müəyyənləşib.

Redaktor.az-ın məlumatına görə, fevralın 12-də startı veriləcək yarışın püşkatma mərasimi baş tutub.

İlk gündə 55, 63, 77, 87 və 130 kq çəki dərəcələrində idmançılar mübarizə aparacaqlar.

55 kq: Rəşad Məmmədov – Denis Mihay (Rumıniya) - 1/4 final

60 kq: Nihat Məmmədli – Nedyalko Petrov (Bolqarıstan) - təsnifat mərhələsi

63 kq: Murad Məmmədov – Brian Santyaqo (Danimarka) - 1/8 final

67 kq: Həsrət Cəfərov – Sebastyan Nad (Serbiya) - 1/8 final

72 kq: Ülvü Qənizadə – Giorgi Çxikvadze (Gürcüstan) - 1/8 final

77 kq: Sənan Süleymanov – Şuay Mamedov (AİN) / İdris İbayev (Almaniya) - 1/8 final

82 kq: Rafiq Hüseynov – Alperen Berber (Türkiyə) - 1/8 final

87 kq: İslam Abbasov – Ramon Betşart (İsveçrə) / Şimon Şimonoviç (Polşa) - 1/8 final

97 kq: Murad Əhmədiyev – Tiron Sterkenburq (Niderland) / Daniel Qastl (Avstriya) - 1/8 final

130 kq: Beka Kandelaki – Konsta Maenpaeae (Finlandiya) - 1/8 final