Azərbaycanın FIFA referisi Dubaydakı turnirə təyinat alıb

 12:52 12.02.2024     161

Çimərlik futbolu üzrə FIFA referisi İnqilab Məmmədov beynəlxalq turnirə təyinat alıb.

Redaktor.az AFFA-nın rəsmi saytına istinadən xəbər verir ki, o, FIFA tərəfindən keçiriləcək “FIFA Beach Soccer World Cup UAE 2024” turnirinin oyunlarını idarə edəcək.

Yarış fevral 15-dən 25-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək.