“Barselona”nın futbolçusu tarixə düşdü
İspaniyanın “Barselona” klubunun futbolçusu Lamin Yamal tarixə düşüb.
Redaktor.az xəbər verir ki, gənc yarımmüdafiəçi La Liqanın XXIV turunda “Qranada” ilə oyunda dubl edərək buna nail olub.
Bununla 16 yaşlı hücumameyilli oyunçu cari mövsüm ölkə çempionatında qol sayını 3-ə çatdırıb. Yamaldan əvvəl La Liqa tarixində heç kim 17 yaşına çatana qədər rəqib qapılarından 3 top keçirməmişdi. İker Muniain və Ansu Fati 2 qol vurmağı bacarıblar.
Qeyd edək ki, “Barselona” hazırda 51 xalla turnir cədvəlinin 3-cü pilləsində qərarlaşıb.