“Zirə”nin aparıcı futbolçusu “Neftçi” ilə matçı buraxacaq
“Zirə”nin aparıcı futbolçusu Ruan Renato “Neftçi”yə qarşı keçirəcəkləri Azərbaycan Premyer Liqasının XXIII turunun matçında meydana çıxa bilməyəcək.
Redaktor.az xəbər verir ki, buna 30 yaşlı müdafiəçinin “Sumqayıt”a qarşı keçirdikləri XXII turun matçında sarı vərəqə alaraq cəzalı duruma düşməsi səbəb olub.
Braziliyalı oyunçu mövsümün ikinci yarısında ardıcıl 4-cü matçda rəsmi xəbərdarlıq alıb.
Qeyd edək ki, “Zirə” - “Sumqayıt” matçında hesab açılmayıb. “Neftçi” - “Zirə” görüşü fevralın 18-də baş tutacaq.