Ronaldo Messiyə çatdı

 11:19 15.02.2024     201

Səudiyyə Ərəbistanının “Əl-Nəsr” futbol klubunun portuqaliyalı hücumçusu Kriştiano Ronaldo ABŞ-nin “İnter Mayami” komandasının argentinalı hücumçusu Lionel Messi ilə penalti istisna olmaqla qolların sayında bərabərləşib.

Redaktor.az xəbər verir ki, hesablamanı bəhs edilən futbolçuların statistikasını aparan “MessivsRonaldo” səhifəsi bildirib.

Statistikaya əsasən, Ronaldo və Messi indiyədək penalti istisna olmaqla 713 dəfə topu qapıya göndərə biliblər. Argentinalı hər 121, Ronaldo isə hər 138 dəqiqədən bir qeyri-penalti qolu vurur.

Qeyd edək ki, Kriştiano Ronaldo AFK Çempionlar Liqasının 1/8 finalının ilk oyununda “Əl-Fayha”ya qarşı qol vurub.