Mbappe mövsümün sonunda PSJ-dən ayrılacaq

 22:39 15.02.2024     234

Mövsümün sonunda PSJ ilə müqaviləsi başa çatacaq Kilian Mbappe komandadan ayrılacaq.

Redaktor.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabritsio Romano məlumat yayıb

O, "Real"dan təklif alan fransalı hücumçunun Paris klubu ilə müqaviləsini uzatmayacağını bildirib. Mbappe artıq bunu klub rəhbərliyinə də çatdırıb.

Qeyd edək ki, 2017-ci ilin yayından PSJ-də çıxış edən Mbappe komandanın heyətində 290 rəsmi matçda 243 qol vurub və 105 məhsuldar ötürmə edib.