"Qarabağ" Portuqaliyada tarixi qələbə qazandı - YENİLƏNİB

 01:59 16.02.2024     511

"Qarabağ" UEFA Avropa Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Redaktor.az xəbər verir ki, Azərbaycan çempionu Portuqaliyada "Braqa"nın qonağı olub.

“Munisipal” stadionunda oynanılan görüşü danimarkalı baş hakim Morten Kroq idarə edib. İlk dəfə Avropa Liqasının pley-off mərhələsində çıxış edən "Qarabağ" səfərdə tarixi qələbə qazanıb - 4:2.

Hesabı 21-ci dəqiqədə Ağdam klubunun yarımmüdafiəçisi Marko Yankoviç açıb. Monteneqrolu futbolçu penalti zərbəsini dəqiq yerinə yetirib. Meydan sahibləri 44-cü dəqiqədə Simon Banzanın vurduğu qolla tarazlığı bərpa ediblər. İlk hissə bu hesabla başa çatıb.

İkinci yarıya da üstün başlayan "Qarabağ" 54-cü dəqiqədə ikinci topu rəqibin qapısından keçirib. Abdullah Zubir cərimə meydançasındakı qarışıqlıqdan məharətlə yararlanaraq Mateusun qoruduğu qapıya yol tapıb. Cəmi 9 dəqiqə sonra Olavio Juninyo braqalıları yenidən meydanın mərkəzinə dəvət edib. 69-cu dəqiqədə Zubir özünün 2-ci, komandasının 4-cü qoluna imza atıb. Matçda son nöqtəni 90+1-ci dəqiqədə penaltidən fərqlənən Joau Moutinyu qoyub.

Qeyd edək ki, komandalar arasında cavab görüşü fevralın 22-də Bakıda keçiriləcək.

***

Portuqaliyada "Braqa" və "Qarabağ" komandaları arasında keçirilən UEFA Avropa Liqasının pley-off mərhələsinin ilk oyunu başlayıb.

Redaktor.az-ın məlumatına görə, qarşılaşma saat 00:00-da start götürüb.

Görüşü Danimarkadan olan Morten Kroq idarə edir.

Qeyd edək ki, tərəflər arasında cavab görüşü fevralın 22-də Tofiq Bəhramov adına Respublika stadionunda gerçəkləşəcək.