Rakitiç debüt oyununda qol vurdu

 23:58 16.02.2024     255

Məşhur futbolçu İvan Rakitiçin yeni komandası - "Əl-Şəbab" Səudiyyə Ərəbistanı Superliqasında 20-ci tur oyununa çıxıb.

Redaktor.az xəbər verir ki, komanda səfərdə "Damaç"la qarşılaşıb. Oyun "Əl-Şabab"ın 1:0 hesablı qələbəsi ilə başa çatıb.

Rakitiç bu matçda meydana çıxıb və bununla da komandada debüt edib. "Əl-Şəbab"ın yeganə qolunu da 82-ci dəqiqədə Rakitiç vurub.

"Əl-Şəbab" hazırda turnir cədvəlində 30 xalla 6-cıdır.