"Qarabağ"da yeni təyinat

 16:41 17.02.2024     368

“Qarabağ” futbol klubunda yeni təyinat reallaşıb.

Klubdan Redaktor.az-a verilən məlumata görə, Nail Kərimov Ağdam təmsilçisinin futbol akademiyasının uğurları üçün çalışacaq. Futbol funksioneri akademiyanın meneceri təyin olunub.

N.Kərimovun son iş yeri “Qəbələ” İdman Klubu olub. O, 2006-2024-cü illərdə çalışdığı klubda mətbuat xidmətinin rəhbəri, akademiyanın direktor müavini və rəhbəri, həmçinin baş menecer kimi fəaliyyət göstərib.