"Barselona" səfərdə çətin qələbə qazandı

 00:42 18.02.2024     341

İspaniya La Liqasının XXV turunda "Barselona" səfərdə "Selta Viqo" ilə qarşılaşıb.

Redaktor.az xəbər verir ki, matç Kataloniya təmsilçisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Hesabı 45-ci dəqiqədə "barselona"nın polşalı hücumçusu Robert Levandovski açıb. Meydan sahiblərinin cavab qolunu 47-ci dəqiqədə İaqo Aspas vurub.

Robert Levandovski 90+7-ci dəqiqədə penaltidən fərqlənərək komandasına qələbə qazandırıb.

Qeyd edək ki, turnir cədvəlinə 61 xalla "Real Madrid" rəhbərlik edir. "Jirona" 56 xalla 2-ci, "Barselona" isə 54 xalla 3-cüdür.

T.İSMAYIL