"Sumqayıt" "Turan Tovuz"u, "Neftçi" "Zirə"ni qəbul edəcək
Bu gün futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha iki oyunu keçiriləcək.
Redaktor.az xəbər verir ki, ilk olaraq "Sumqayıt" "Turan Tovuz"u qəbul edəcək.
Qarşılaşma saat 15:30-da start götürəcək. "Gənclik şəhəri" təmsilçisi 35 xalla 2-ci, Tovuz klubu 29 xalla 8-ci pillədə qərarlaşıb.
Günün ikinci matçında "Neftçi" və "Zirə" üz-üzə gələcəklər. Görüş saat 18:00-da başlanacaq. 32 xala malik komandalar 2-3-cü yerləri bölüşdürürlər.
18 fevral (bazar)
15:30. “Sumqayıt” – “Turan Tovuz”
Hakimlər: Rauf Cabarov, Namiq Hüseynov, Müslüm Əliyev, Kamranbəy Rəhimov
Hakim-inspektor: Ömər Paşayev
AFFA nümayəndəsi: Seymur Səlimli
Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu
18:00. “Neftçi” – “Zirə”
Hakimlər: Əliyar Ağayev, Zeynal Zeynalov, Akif Əmirəli, Əli Əliyev
Hakim-inspektor: Babək Quliyev
AFFA nümayəndəsi: Emin Cəfərov
“Neftçi Arena”
Qeyd edək ki, turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.