Gələcəyi "Barselona"ya qarşı oyundan asılıdır

 15:41 18.02.2024     316

"Napoli" baş məşqçisi Valter Mazzarrini istefaya göndərə bilər.

Redaktor.az "La Gazzetta dello Sport"a istinadən xəbər verir ki, onun klubdakı taleyi Çempionlar Liqasının 1/8 final mərhələsinin "Barselona" ilə fevralın 21-də keçiriləcək ev oyunundan asılıdır. Komanda zəif çıxış edəcəyi təqdirdə, rəhbərlik mütəxəssisi istefaya göndərmək qərarına gəlib. 

Mazzarri ilə yollar ayrılsa, böyük ehtimalla onu "Milan" və "Sampdoriya"nın sabiq çalışdırıcısı Marko Campaolo əvəz edəcək.

Xatırladaq ki, Mazzarrinin Neapol təmsilçisi ilə hazırkı müqaviləsi bu mövsümün sonuna kimidir.

İtaliya A Seriyasında 24 turdan sonra "Napoli" 36 xal toplayıb və hazırda 10-cu yerdədir.