Türkiyəli futbolçu 29 yaşında vəfat etdi
Türkiyə 2-ci liqa təmsilçisi "Serik Belediyespor"un müdafiəçisi Mümin Talip Pazarlı 29 yaşında vəfat edib.
Redaktor.az klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, türkiyəli oyunçu qan xərçəngindən dünyasını dəyişib.
Futbolçu bu mövsümə Türkiyənin "Ankara Dəmirspor" klubunda başlayıb. Yanvarda müdafiəçi "Serik Belediyespor"a transfer olunub. O, sözügedən klubda son oyununa yanvarın 31-i çıxmışdı.