"Neftçi" "Zirə"ni məğlub etdi

 20:13 18.02.2024     223

Futbol üzrə Azərbaycan Premyer Liqasında XXIII turun daha bir oyunu keçirilib.

Redaktor.az-ın məlumatına görə, günün ikinci matçında "Neftçi" "Zirə"ni qəbul edib.

Qarşılaşma meydan sahiblərinin qlələbəsi ilə bitib - 1:0. Yeganə qolu 11-ci dəqiqədə Ervin Koffi vurub.

Bu nəticədən sonra xallarının sayınə 35-ə çatdıran "Neftçi" üçüncü pillədə qərarlaşıb. "Qartallar" 32 xalla dördüncüdür.

Qeyd edək ki, günün ilk matçında "Sumqayıt" evdə "Turan Tovuz"la qolsuz heç-heçə edib. Ötən gün "Sabah" "Kəpəz"i məğlub edib - 3:2. "Səbail" - "Araz-Naxçıvan" görüşündə qalib müəyyənləşməyib - 2:2. Turun “Qəbələ” – “Qarabağ” oyunu Ağdam təmsilçisinin avrokuboklardakı çıxışı ilə əlaqədar fevralın 28-nə təxirə salınıb.