Məşhur azərbaycanlı futbolçu sürücülüyə BAŞLADI - FOTO

 15:44 19.02.2024     307

Azərbaycan yığmasının sabiq müdafiəçisi Vüqar Quliyev «futbolun daşını atıb».

Redaktor.az sportinfo-ya istinadla xəbər verir ki, bzun illər Premyer Liqanın iddialı klublarının formasını geyinmiş veteran indi sürücü işləyir.

«Sprinter» sürən Quliyev müxtəlif rayonlara sifarişləri qəbul edir.

O, Sumqayıt futbol məktəbinin yetirməsidir. Yerli «Xəzər»lə yanaşı, «Qarabağ», «MKT-Araz» və «Bakı»ın formasını geyinib. İkincilərin heyətində Çempionlar Liqasında çıxış edib.

Son iş yeri «Sumqayıt» olub. Doğma şəhərinin təmsilçisinin akademiyasında məşqçi kimi çalışıb.

Tanınmış azərbaycanlı futbolçu sürücü işləməyə başladı - FOTO