"Real"ın keçmiş futbolçusu pivəyə olan sevgisini etiraf etdi
İspaniyanın "Real Madrid" futbol klubunun keçmiş oyunçusu Eden Hazard pivəyə olan sevgisindən danışıb.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
"Bütün belçikalılar kimi mən də pivəni sevirəm, çünki bizim ölkədə dünyanın ən yaxşı pivəsi var", -deyə o bildirib.
Keçmiş futbolçu etiraf edib ki, yaxşı matçdan sonra bir və ya iki şüşə pivə içə bilər.
Qeyd edək ki, 10 oktyabr 2023-cü ildə Hazard təqaüdə çıxdığını elan edib.
Humay İSGƏNDƏRLİ