"Çelsi"yə qarşı oynamayacaqlar

 22:43 19.02.2024     375

"Liverpul"un yarımmüdafiəçisi Kertis Cons və hücumçu Dioqo Jota " Çelsi" ilə İngiltərə Liqa Kubokunun final oyununda iştirak edə bilməyəcəklər. 

Redaktor.az xəbər verir k, bu barədə "The Times" nəşri məlumat yayıb. Buna səbəb onlar zədələrini sağalda bilməməsidir.

Daha əvvəl Mersisayd təmsilçisinin daha iki əsas futbolçusu - Trent Aleksander-Arnold və Dominik Szoboszlainin turnirin həlledici görüşünü buraxacağı bildirilmişdi.

Qeyd edək ki, "Çelsi" - "Liverpul" oyunu fevralın 25-i keçiriləcək.