Qrizman qeyri-müəyyən müddətə sıradan çıxdı
"Atletiko"nun hücumçusu Antuan Qrizman Madrid klubunun reanimasiya şöbəsinə yerləşdirilib.
Redaktor.az klubun saytına istinadən xəbər verir ki, fransalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin "İnter"lə ilk oyununda (0:1) zədələnib və görüşün 78-ci dəqiqəsində əvəzlənmək məcburiyyətində qalıb. 32 yaşlı oyunçuya topuq bağlarının orta dərəcədə burxulması diaqnozu qoyulub.
Hücumçunun qayıtma tarixi hələ açıqlanmayıb, lakin onun fevralın 24-də La Liqada "Almeriya" ilə keçiriləcək oyunu buraxacağı gözlənilir.
Qeyd edək ki, Qrizmann bu mövsü "Atletiko"nun heyətində bütün turnirlərdə 36 oyuna çıxıb, 18 qol vurub və 7 qolun ötürməsini verib.