Levandovski Messinin rekordunu qırdı

 14:27 22.02.2024     255

İspaniyanın "Barselona" futbol klubunun hücumçusu Robert Levandovski unikal nailiyyətə imza atıb.

Redaktor.az xəbər verir ki, polşalı futbolçu Çempionlar Liqasının 1/8 final mərhələsinin “Napoli” (1:1) ilə səfər matçında 60-cı dəqiqədə hesabı açıb.

Beləliklə, Levandovski (35 yaş 184 gün) tarixin ən nüfuzlu avrokubokunun pley-off mərhələsində “Barselona”nın heyətində ən yaşlı qol vuran futbolçu olub.

Kataloniya klubunun əvvəlki rekordçusu 2021-ci ilin martında PSJ-yə qarşı matçda 33 yaş 259 günündə qol vuran Lionel Messi idi.

Qeyd edək ki, Robert Levandovski 2022-ci ilin yayından "Barselona"da çıxış edir.