“Qalatasaray” Avropa Liqasında büdrədi
Bu gün UEFA Avropa Liqasının pley-off mərhələsinin oyunları başa çatıb.
Redaktor.az xəbər verir ki, 7 cavab matçında son 1/8 finalçılar müəyyənləşib.
Belə ki, Türkiyə təmsilçisi “Qalatasaray” səfərdə “Sparta” (Praqa) ilə qarşılaşıb.
“Qalatasaray” rəqib komandaya 4:1 hesabı ilə uduzaraq 1/8 finala adlaya bilməyib.
Xatırladaq ki, İstanbul təmsilçisi doğma meydanında “Sparta Praqa”nı 3:2 hesabı ilə məğlub etmişdi.
Azərbaycan millisinin üzvü Mahir Emrelinin komandası “Dinamo” (Zaqreb) ilk oyunda 1:0 hesabı ilə məğlub etdiyi "Betis"lə bu dəfə evdə qarşılaşıb. Oyun 1:1 hesabı ilə yekunlaşıb. Nəticədə "Dinamo" 1/8 finala adlayıb.
Avropa Liqası
Pley-off mərhələsi
22 fevral
“Sparta Praqa” (Çexiya) - “Qalatasaray” (Türkiyə) - 4:1
"Dinamo" (Zaqreb, Xorvatiya) - "Betis" (İspaniya) - 1:1