"Qurban Qurbanov göz yaşlarını saxlaya bilmir" - İtaliya nəşri

 14:25 23.02.2024     500

Azərbaycanın "Qarabağ" futbol klubunun "Braqa"ya qalib gələrək UEFA  Avropa Liqasında mərhələ adlaması Avropa mətbuatında geniş müzakirələrə səbəb olub.

Redaktor.az xəbər verir ki, bir çox futbol nəşrləri və onların sosial şəbəkə səhifələrində komandamızın qələbəsindən yazır.

"DAZN Italia"nın X hesabında da "Qarabağ"ın qələbəsi və klubun baş məşqçisi Qurban Qurbanovla bağlı maraqlı paylaşım edilib.

""Qarabağ" tarixində ilk dəfə 1/8 finala vəsiqə qazandı. 16 ildir klubu çalışdıran Qurban Qurbanov göz yaşlarını saxlaya bilmir", - deyə paylaşımda qeyd olunub.

T.İSMAYIL

2