Qarabağın rəqibi BİLİNDİ

 15:31 23.02.2024     746

Fevralın 23-də Avropa Liqasında 1/8 final mərhələsinin püşkatma mərasimi keçirilib.

Redaktor.az xəbər verir ki, “pley-off”da “Braqa” (Portuqaliya) səddini adlayaraq tarixində ilk dəfə Avroliqanın 1/8 finalında oynamaq imkanı qazanan “Qarabağ” da püşkatmada təmsil olunub.

İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimidə "Qarabağ"ın UEFA Avropa Liqasının 1/8 final mərhələsində rəqibi məlum olub. Bu Almaniyanın  "Bayer Leverkuzen" klubudur.

Qeyd edək ki, Ağdam klubu Avropa Liqasını qrup mərhələsində də “Bayer”lə qarşılaşıb.