Avropa Liqası: 1/8 finalçılar məlum OLDU
Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.
Redaktor.az xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində baş tutub.
Avropa Liqasında mübarizəni davam etdirən 16 komanda 8 cüt təşkil edib. Qrup mərhələsində 1-ci yeri tutan klublar pley-offun qaliblərinə rəqib olublar.
1/8 final mərhələsinin ilk oyunları martın 7-də, cavab matçları 14-də keçiriləcək. Pley-off səddini adlayan klublar ilk qarşılaşmaya evdə çıxacaqlar.
Azərbaycan çempionu “Qarabağ”ın qarşılaşacağı komanda da dəqiqləşib. “Bayer”lə rəqib olan təmsilçimiz ilk oyunu öz meydanında keçirəcək.
1/8 final
“Sparta” - “Liverpul”
“Marsel” - “Vilyarreal”
“Roma” - “Brayton”
“Benfika” – “Reyncers”
“Frayburq” – “Vest Hem”
“Sportinq” - “Atalanta”
“Milan” - “Slaviya”
“Qarabağ” - “Bayer”