""Qarabağ" Avropanı tapdalaya-tapdalaya gedir" - Aqil Abbas

 17:25 23.02.2024     504

""Qarabağ" inanıram ki, "Bayeri" də keçəcək. Gözləntim odur. "Qarabağ" Avropanı tapdalaya-tapdalaya gedir".

Bu sözləri Redaktor.az-a açıqlmasında Milli Məclisin deputatı Aqil Abbas “Qarabağ”ın tarixində ilk dəfə avrokubokların 1/8 finala yüksəlməsini şərh edərkən deyib.

"Gücü çatan yerə qədər gedəcək. Azərbaycan futbol ölkəsi olmayıb. Almaniya, Portuqaliya 100 ilin futbol ölkəsidir. Ona görə də çətindir. Amma çalışacaqlar, ruhdan düşməyəcəklər. "Qarabağ" həmişə döyüşür. İnanıram ki, sonacan döyüşəcəklər və qalib gələcəklər".

Xatırladaq ki, Azərbaycanın "Qarabağ" futbol klubu ötən gün UEFA Avropa Liqasının pley-off mərhələsində Portuqaliyanın “Braqa” klubunu üstələyərək 1/8 finala yüksəlib. “Qarabağ” 1/8 finalda Almaniyanın “Bayer Leverkuzen" klubu ilə üz-üzə gələcək.

Həmidə İBRAHİMLİ