"Everton"un sabiq futbolçusu ömürlük həbs cəzası aldı

 22:34 23.02.2024     327

“Everton” və “Şeffild Yunayted”in sabiq yarımmüdafiəçisi Li Ti Çində korrupsiya ittihamı ilə ömürlük həbs cəzasına məhkum edilib.

Redaktor.az xəbər verir ki, bu barədə "Daily Mail" məlumat yayıb.

Li Tie 2022-ci ilin noyabrında Çin futbolunda korrupsiya halları ilə bağlı aparılan istintaq zamanı həbs edilib.

Dindirilmə zamanı Li Tie dəfələrlə rüşvət aldığını etiraf edib. Xüsusilə, 2018-ci ildə "Everton"un sabiq futbolçusu 2019-2021-ci illərdə rəhbərlik etdiyi Çin millisinə baş məşqçi təyin olunmaq üçün təxminən 390 min avro ödəyib.

Keçmiş futbolçu Çinin ikinci liqasında danışıq oyunlarının təşkilində iştirak etdiyini də təsdiqləyib.

Xatırladaq ki, Li Ti 2002-2006-cı illərdə "Everton"da çıxış edib.