Futbol üzrə yığmamız sonuncu oyunda da UDUZDU
17 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi Belarusun paytaxtı Minskdə təşkil olunan beynəlxalq turnirdə növbəti matçını keçirib.
Redaktor.az xəbər verir ki, yığma 7-8-ci yerlər uğrunda matçda Tacikistanla üz-üzə gəlib.
Qarşılaşma rəqibin qələbəsi ilə bitib - 3:1.
U-17 qrup mərhələsində Rusiyaya (0:1), Belarusa (0:2) və Özbəkistana (0:2) uduzub.
Beləliklə, komanda beynəlxalq turnirdə sonuncu yeri tutub.