"Fənərbaxça"nın skautları "Qarabağ"ın futbolçusu üçün Bakıya gəliblər
"Fənərbaxça" "Qarabağ"ın futbolçusu Olavio Juninyo ilə maraqlanır.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyənin "Fotospor" nəşri məlumat yayıb. Bildirilib ki, İstanbul təmsilçisinin skautları Azərbaycana gedib. Onlar Ağdam təmsilçisinin Avropa Liqasının pley-offunda "Braqa"ya qarşı cavab matçında stadiondan oyunçunu izləyiblər. "Fənərbaxça"nın braziliyalı hücumçu üçün araşdırmaları davam etdirəcəyi vurğulanıb.
Qeyd edək ki, Juninyo 2023-cü ilin yayından "Qarabağ"da oynayır.