Gimnastlarımız Rumıniyada gümüş medal qazandılar

 19:59 24.02.2024     271

Rumıniyanın Ployeşti şəhərində keçirilən 23-cü “Irina Deleanu Cup” beynəlxalq turnirində bədii gimnastika üzrə gənclərdən ibarət Azərbaycan millisi uğurlu çıxış edib.

Redaktor.az-ın məlumatına görə, yığma yarışda gümüş medal əldə edib.

Komandanın heyətində Nəzrin Abdullayeva, Ayan Sadıqova və Sofiya Məmmədova yer alıblar.