Gimnastımız Dünya Kubokunda qızıl medal qazandı

 21:24 24.02.2024     314

Azərbaycanın idman gimnastı Nikita Simonov Almaniyanın Kotbus şəhərində keçirilən Dünya Kubokunda uğurlu çıxış edib.

Redaktor.az-ın məlumatına görə, idmançı yarışda qızıl medala layiq görülüb.

Simonov halqalarla hərəkətdə fəxri kürsünün birinci pilləsinə qalxıb.