“Arsenal” Premyer Liqa tarixində ilkə imza atdı

 10:41 25.02.2024     507

Mikel Artetanın rəhbərlik etdiyi London “Arsenal”ı İngiltərə Premyer Liqasının 26-cı turu matçında “Nyukasl”ı hər hissədə vurduğu iki qol sayəsində darmadağın edib (4:1).

Redaktor.az xəbər verir ki, “topçular” Premyer Liqa tarixində ardıcıl yeddi hissədə iki və daha çox qol vuran ilk komanda olub.

Bu qol seriyası fevralın əvvəlində baş tutan “Liverpul”la (3:1) görüşün ikinci hissəsində başlayıb, daha sonra “Vest Hem Yunayted” (6:0) və “Börnli” (5:0) ilə oyunlarda davam edib.

Hazırda İngiltərə Premyer Liqasında keçirilən 26 matçdan sonra “Arsenal” 58 xalla üçüncü pillədə qərarlaşıb. Turnirin növbəti oyununda komanda “Şeffild Yunayted”lə qarşılaşacaq.

Vumart və Güvən reklamı Vumart Güvən