“Qarabağ”ın Avropa Liqasındakı rəqibinin baş məşqçisi qərarını verdi

 13:11 25.02.2024     557

“Qarabağ”ın UEFA Avropa Liqasının 1/8 final mərhələsindəki rəqibi Almaniyanın “Bayer” klubunun baş məşqçisi Xabi Alonso qərarını verib.

Redaktor.az-ın xarici mətbuata istinadən məlumatına görə, ispaniyalı mütəxəssis daha 1-2 il hazırkı komandasında qalmağı planlaşdırır.

42 yaşlı çalışdırıcı Almaniyanın “Bavariya” və İngiltərənin “Liverpul” klubunun “sükanı arxası”na keçməyi düşünmür. Onun arzusu İspaniya nəhəngi “Real”a rəhbərlik etməkdir. Alonso “kral klubu”ndakı həmkarı Karlo Ançelottinin postundan gedişinə qədər Leverkuzen təmsilçisindəki işini davam etdirməyə hazırdır.

Qeyd edək ki, “Qarabağ” “Bayer”lə ilk oyununu martın 7-də evdə, cavab görüşünü isə 14-də səfərdə keçirəcək.