“Yuventus” qələbəni son anda qazandı
“Yuventus” və “Frosinone” futbol üzrə İtaliya çempionatının 26-cı turunda qarşılaşıb.
Redaktor.az xəbər verir ki, oyun Turin şəhərindəki “Allianz Stadium”da baş tutub və meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 3:2.
3-cü dəqiqədə Duşan Vlahoviç hesabı açaraq “Yuve”ni önə çıxarıb. 11 dəqiqə sonra Xedira tarazlığı bərpa edib.
27-ci dəqiqədə Brescianini qonaqları önə keçirib. Lakin beş dəqiqə sonra Vlahoviç hesabı bərabərləşdirib. 90+5-ci dəqiqədə isə turinlilər Ruqaninin qolu sayəsində qələbə qazanıblar.
Beləliklə, “Yuventus” 55 xal toplayıb. Turin klubu A Seriyasında keçirdiyi 26 oyundan sonra turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb. “Frosinone” isə 24 xalla 14-cü yerdədir.