"Qalatasaray" yenidən lider oldu

 23:11 26.02.2024     258

Türkiyə Superliqasında 27-ci tura yekun vurulub.

Redaktor.az xəbər verir ki, son oyun günündə 1 matç keçirilib. "Qalatasaray" "Antalyaspor"u qəbul edib. Görüş meydan sahiblərinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

"Qalatasaray" - "Antalyaspor" - 2:1
Qollar:
 Aktürkoğlu, 12-pen. (1:0), Streek, 33 (1:1), Aktürkoğlu, 45+1 (2:1)

Bu qələbə ilə xalını 72-yə yüksəldən İstanbul təmsilçisi yenidən 1-ci pilləyə yüksəlib. "Fənərbaxça" 70 xalla 2-ci, "Trabzonspor" 46 xalla 3-cüdür.