Mbappe Makronla nahar edəcək
PSJ və Fransa milli futbol komandasının hücumçusu Kilian Mbappe fevralın 27-də ölkə prezidenti Emmanuel Makronla nahar edəcək.
Bu barədə Redaktor.az "lenta.ru"ya istinadən xəbər verir.
Dövlət başçısı futbolçunu Qətər Əmirinin səfəri ilə əlaqədar dəvət edib. Naharda PSJ-nin prezidenti Nasser Al-Xelaifi və digər parisli futbolçular da iştirak edəcək.
Yusif EYVAZLI