La Liqada fevralın ən yaxşı məşqçisi odur
La Liqada fevralın ən yaxşı məşqçisi müəyyənləşib.
Redaktor.az turnirin saytına istinadən xəbər verir ki, "Atletik"un çalışdırıcısı Ernesto Valverde bu ayın ən yaxşısı seçilib. O, səsvermədə Xavi (“Barselona”) və Kiki Floresi (“Sevilya”) qabaqlayıb.
Fevralda “Atletik” “Malyorka”ya, “Jirona”ya qalib gəlib, “Almeriya” ilə heç-heçə edib, “Betis”ə məğlub olub.
Klub 26 oyundan sonra 49 xalla İspaniya çempionatının cədvəlində 5-cidir.