Rusiyanın daha bir erməniəsilli idmançısı dopinqə görə cəzalandı

 17:01 27.02.2024     287

Beynəlxalq Ağırlıqqaldırma Federasiyası (IWF) Rusiyanın daha dörd ağırlıqaldıranını diskvalifikasiya edib.

Redaktor.az IWF-yə istinadən xəbər verir ki, Yevgeni Kolomiets 2, Eduard Mejqixov, erməniəsilli Aleksandr Safaryan və Vasili Polovnikov 4 illik cəzalandırılıblar.

Onlar Moskva antidopinq laboratoriyasının məlumat bazasına əsasən 2012-ci ildə yol verilən qanun pozuntularına görə cəzaya məruz qalıblar.

Kolomiets 2011-ci ildə gənclər arasında dünya çempionatında gümüş medal qazanıb. Mejqixov 2009-cu ildə gənclər arasında Avropa çempionu olub. Safaryan 2011-ci ildə gənclər arasında qitə yarışının vitse-çempionu, Polovnikov isə 2008-ci ildə Avropa çemionatının gümüş mükafatçısıdır.

Artıq bu idmançıların hamısı karyeralarını başa vurublar.

Xatırladaq ki, daha əvvəl Rusiyanın Avropa çempionu olmuş erməniəsilli idmançısı dopinqə görə diskvalifikasiya olunub.