“Qalatasaray”ın oyununun vaxtı dəyişdirildi
Türkiyə Superliqasının 29-cu turunda keçiriləcək “Qalatasaray” – “Rizəspor” oyununun vaxtı dəyişdirilib.
Redaktor.az xəbər verir ki, bu barədə Türkiyə Futbol Federasiyası məlumat yayıb.
Martın 10-da keçirilməli olan qarşılaşma martın 8-də oynanılacaq və Bakı vaxtı ilə saat 21:00-da başlayacaq. İstanbul klubunun Avropa Liqasında mübarizəni dayandırmasına görə oyun 2 gün əvvəl keçiriləcək.
Bundan əlavə, “İstanbulspor” – “Kasımpaşa” matçı martın 8-dən 10-na keçirilib.