Haaland ikinci penta-trikə imza atdı - VİDEO

 09:35 28.02.2024     186

“Mançester Siti”nin norveçli hücumçusu Erlinq Haaland yenə gündəmə gəlib. 

Redaktor.az xəbər verir ki, o, İngiltərə kubokunun 1/8 final mərhələsi çərçivəsində səfərdə "Luton" ilə qarşılaşmada 5 qol vurub.

Bununla da Haaland 6:2 hesabı ilə yekunlaşan oyunda klubunun qalib gəlməsinə səbəb olub.

Qeyd edək ki, futbolçu ikinci mövsümdür oynadığı “Mançester Siti”də ikinci penta-trikinə imza atıb /qafqazinfo/.