Mbappeyə fantastik TƏKLİF

 15:10 28.02.2024     223

“Mançester Yunayted” Kilian Mbappeyə fantastik təklif irəli sürüb.

Redaktor.az xəbər verir ki, “Mançester Yunayted”in təklifi 500 milyon avro olub. Məlumata görə, Mbappeyə həmçinin 200 milyon avroluq imza bonusu təklif olunub. İddialara görə, bu təklif Mbappe “Real Madrid”lə müqavilə bağlamazdan 1 həftə əvvəl futbolçuya göndərilib. Lakin o təklifi rədd edərək, “Real”la müqavilə imzalayıb.

“Real”ın Mbappeyə illik 35 milyon avro məvacib, 100 milyon avro imza bonusu təklif etdiyi irəli sürülür.